Daxil olun

ŞƏRTLƏR

  • 01

    2019 manat bal qazan kampaniyasında bütün facebook istifadəçiləri iştirak edə bilərlər. Qalib olmaq üçün isə Worldcard sahibi olub, cari həftədə ən az 1 dəfə Worldcard Partnyor Mağazalarında 20,19 AZN (iyirmi manat, 19 qəpik) alış-veriş etmək mütləqdir.

  • 02

    Gün ərzində hər profil sahibinə 1 ədəd şans verilir. 1 şans bitdikdən sonra həmin gün oyuna davam edə bilmək üçün dostlarını oyuna dəvət edən şəxslərə əlavə şanslar da verilir. Hər 5 fərqli dostunu dəvət edən bir şans qazanacaq. Gün ərzində ən çox 3 ədəd şans verilə bilər.

  • 03

    Müsabiqədə səhifələr, saxta profillər qalib hesab edilməyəcək.

  • 04

    Müsabiqədə qalib olmaq üçün 26 Noyabr-23 Dekabr tarixlərində, hər həftə keçirilən oyunda ən çox bal toplamaq və Worldcard-ı ilə qeyd edilən tarixlərdə Worldcard Partnyor Mağazalarında ən az 1 dəfə 20,19 AZN (iyimir maant, 19 qəpik)-lik əməliyyat etmək mütləqdir. Ən çox bal toplamış və Worldcard-ı olmayan və ya həmin tarixlərdə qeyd edilən şəkildə əməliyyat etməyənlər qalib hesab edilməyəcək və ikinci ən çox bal toplamış profil sahibi dəyərləndiriləcəkdir.

  • 05

    Profil sahibi ilə kart sahibi eyni ad soyada malik olmalıdır. Nick name və ya digər adlarla bal toplamış profil sahib(lər)i qalib hesab edilməyəcək və növbəti ən çox bal toplamış profil sahibi dəyərləndiriləcəkdir. 

  • 06

    Həftə ərzində ən çox xal toplamış şəxs daha sonra Worldcard müraciət edib əldə edərsə, qalib hesa edilməyəcəkdir.

  • 07

    Oyun həftəsi alış-veriş edib daha sonra əməliyyatı ləğv edilən (edən) kart sahibləri qalib hesab edilməyəcəkdir

  • 08

    Ən çox bal toplamış profil sahibi Worldcard facebook səhifəsini bəyənməli və keçirilən oyun barədə ən az 1 (bir) dəfə paylaşım etməlidir. Paylaşım açıq şəkildə (hamı tərəfindən görülə bilən) olmalıdır.

  • 09

    Oyun ərzində ümumilikdə 4 nəfər olmaqla, hər həftə 1 nəfər 2019 manat bal qazanacaq.

  • 10

    Birinci həftə 26 Noyabr 00:00:00-02 Dekabr 23:59:59, ikinci həftə 03 Dekabr 00:00:00- 9 Dekabr 23:59:59, üçüncü həftə 10 Dekabr 00:00:00-16 Dekabr 23:59:59, dördüncü həftə 17 Dekabr 00:00:00-23 Dekabr 23:59:59 tarixlərində nəzərdə tutulub.

  • 11

    həftə bitdikdən sonra, toplanmış bütün xallar sıfırlanacaq və növbəti həftədə yeni oyuna başlamaq mümkün olacaqdır.

  • 12

    Bir profil sahibi (Worldcard sahibi) öncəki həftə(lər)də qalib olmuşsa, növbəti həftə qalib ola bilməz.

  • 13

    26 Noyabr-23 Dekabr tarixlərində Worldcard-ın keçirdiyi digər kampaniyalarda 2019 AZN bal qazanmış müştərilər bu oyunda qalib hesab edilməyəcək.

  • 14

    2019 AZN bal şəklində Worldcard sahibinin kartına yüklənəcəkdir. Ballarla Worldcard Partnyor Mağazalarında pulsuz alış-veriş etmək mümkündür.

  • 15

    Oyunda yalnız Worldcard Classic, Gold, Platinum kart sahibləri qalib hesab edilə bilərlər. Pulkart, Əlavə kart və Virtual kart sahibləri qalib hesab edilə bilməzlər.

  • 16

    2019 AZN bal qazanmış müştəri Yapı Kredi Bank Azərbaycan QSC-nin baş ofisinə şəxsiyyət vəsiqəsi ilə birlikdə gələrək müvafiq aktı imzaladıqdan sonra qeyd edilən uduşu əldə edə bilər.

  • 17

    Qalib olmuş şəxsin kartına 2019 AZN bal kart sahibi Yapı Kredi Bank Azərbaycan QSC-nin baş ofisinə yaxınlaşıb, müvafiq aktı imzaladıqdan sonra 3 iş günü ərzində balansına yüklənəcəkdir.

  • 18

    Əgər qalib elan ediləcək həftə ən çox xal toplamış şəxs birdən artıq  olarsa və hər biri Worldcard Partnyor Mağazalarında minimum 20.19 AZN-lik əməliyyat edərsə, ən çox əməliyyat məbləği olan şəxs qalib elan ediləcəkdir. Əgər əməliyyatların sayı birdən artıq olarsa, bu zaman həmin həftə ümumi Worldcard Partnyor Mağazalarında edilən bütün alış-veriş məbləğləri toplanacaq və ən çox məbləğdə əməliyyat etmiş şəxs qalib elan ediləcəkdir.

  • 19

    Müsabiqədə Yapı Kredi Bank Azərbaycan QSC-nin əməkdaşları və yaxın qohumları iştirak etmir.